Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Samuxda 5 nəfərin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən hadisə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarətinə götürülüb.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, Agentliyin mütəxəssisləri hadisənin səbəblərini və bunun qida zəhərlənməsi olub-olmadığını müəyyənləşdirmək üçün aidiyyəti qurumlarla birgə araşdırma aparırlar.
Qeyd edək ki, Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, onların ət məhsulundan zəhərləndiyi bildirilir. Dördpendirli pizza
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.