Samuxda AĞIR QƏZA: 6 nəfər...

27.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Samuxda iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına götə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 Yol qəzası nəticəsində, Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyevadır.

Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью