Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samuxda avtomobilər toqquşub, 4 nəfər xəsarət alıb.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Samux rayonunda VAZ və "Fiat" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində, 1984-cü il təvəllüdlü C.Məmmədhəsənov, 2019-cu il təvəllüdlü F.Əhmədov, 2023-cü il təvəllüdlü N.Əhmədova və 1965-ci il təvəllüdlü M.Məmmədhəsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.