Samuxda ağır qəza: yaralıların sayı artdı

27.04.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə iki VAZ markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Samuxda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

Xəsarət alanlar Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və 2020-ci il təvəllüdlü F.Əliyevadır.

Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью