Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

08.07.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Samuxda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndi istiqamətində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobillə "VAZ2107" markalı maşın toqquşması zamanı 1975-ci il təvəllüdlü Samir Əhmədov, 1987-ci il təvəllüdlü Əhmədova və 1962-ci il təvəllüdlü Alıyeva həlak olublar.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü Əhməd Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı həyatını itirənlər Samuxun Burunqocaq kənd sakinləridir və bir ailənin üzvləridir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью