Samuxda avtomobil hasara çırpıldı: Yaralılar var

22.07.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Samuxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, həadisə rayon ərazisində baş verib.
Qəza zamanı sürücünün idarəetməni itirəməsi nəticəsində avtomobil hasara çırpılıb.
 

Hadisə zamanı 42 yaşlı Elşən Əliyev və 38 yaşlı Sabir Hüseynov xəsarət alıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью