Samuxda balıq tutmaq istəyən Bakı sakini boğularaq ölüb

16.05.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayon Qarağacı kənd ərazisində balıq tutmağa gedən Bakı şəhər sakini 1952-ci il təvəllüdlü Sergey Qeorqiyeviç ehtiyatsızlıqdan boğularaq ölüb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən meyit sudan çıxarılaraq ekspertizaya təhvil verilib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью