Samuxda belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi

18.10.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda ictimai asayişi pozan şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.

Belə ki, polis əməkdaşları şalvarının bel kəmərinə bıçaq taxaraq kənddəki “Əli” marketin qarşısında hərəkət edən şəxsi saxlayıblar. Onun Qarayeri kənd sakini 1977-ci il təvəllüdlü S.Məmmədov olması müəyyən edilib.

Saxlanılarkən müqavimət göstərən, eləcə də kənd ərazisində xuliqanlıq əməlləri törədən şəxs barəsində inzibati protokol tərtib edilib.

Samux Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 8 sutkalıq həbs edilib.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью