Samuxda ekologiyanı yaxşılaşdırmaq üçün atılan addımlar

14.02.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ümumrayon iməciliyi keçirilib.

Modern.az-ın məlumatına görə, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün qəsəbə və kəndlərini əhatə edən iməcilikdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.

Keçirilən iməcilik zamanı ərazilər məişət tullantılarından, alaq otlarından, qurumuş ağac və gül kollarından təmizlənib, abadlıq işləri aparılıb, yeni ağac və gül kolları əkilib. 

İməciliyin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью