Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

30.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samux, 30 oktyabr, AZƏRTAC

Samuxda əmək yarmarkası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin dəstəyi ilə Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkil etdiyi yarmarkada Samux sakinlərinə 15 müəssisə üzrə 123 vakansiya təqdim olunub.

Maraqlananlara vakansiyalar üzrə iş öhdəlikləri, işə qəbul qaydaları və şərtləri barədə ətraflı məlumat verilib, müraciət edən namizədlərin sənədləri qəbul olunub. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, onların əmək bazarına çıxış imkanlarını genişləndirməkdir.

Müxbir – Vüsalə Cənnətova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью