Samuxda ər arvad dəm qazından boğularaq ölüb

01.12.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri - 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью