Samuxda ev yandı: xəsarət alan var

11.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Samuxda evdə yanğın olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью