Samuxda faciəvi qəza Arabanı sürən şəxs hadisə yerində öldü

18.01.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Samuxda ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Samux şəhəri ərazisində “Düldül” ziyarətgahı adlanan yerdə baş verib.

“Opel” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolda hərəkət edən at arabasına çırpılıb. Arabada olan orta yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həyatını itirən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью