Samuxda fəal gənclər müküfatlandırılıb

02.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Samux, 2 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir rayon icra hakimiyyətinin, YAP Samux rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Samuxun Heydər Əliyev Mərkəzində reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb Sonra Azərbaycan Gəncləri Günü münasibətilə hazırlanan videoçarxa baxış olub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxışında ölkəmizdə gənclər siyasətinin dövlətin inkişaf strategiyasının tərkib hissəsi olmasından söz açıb. Vurğulanıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Digər natiqlər də Azərbaycan gəncinin vətənpərvərliyindən, ölkənin sosial-iqtisadi, siyasi, mədəni, idman həyatında aparıcı qüvvə olmasından danışıblar.

Gənclər isə istər dövlət, istərsə də cəmiyyət tərəfindən onlara göstərilən etimadı bundan sonra da doğrultmağa çalışacaqlarını qeyd ediblər.

Sonda Samux rayonun ictimai-siyasi fəaliyyətində fəal iştirak edən gənclər fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью