Samuxda gözətçi su anbarında batdı

09.02.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Samuxda süni sututarda (təsərrüfat məqsədilə istifadə edilən su anbarları) 23 yaşlı oğlan batıb. 
Bizim.Media-nın yerli bürosonun xəbərinə görə, rayonun Sarıqaya kəndində süni sututarda, Goranboyun Baxçakür kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyev batıb. 
 

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər cəlb edilib. Onlar tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirdi.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью