Samuxda icra nümayəndələri dəyişdirildi

09.02.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samuxda icra başçısı yerdəyişmə edib. 

Moderator.az xəbər verir ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bəzi yerdəyişmələr edib.

İcra başçısının əmri ilə rayonun Qarayeri qəsəbəsinin icra nümayəndəsi Məftun Yusifov Alabaşlı, Alabaşlı kənd icra nümayəndəsi Qütbəddin Ələkbərov isə Qarayeri qəsəbəsinə icra nümayəndəsi təyin olunub. Məqsəd qəsəbə və kəndlərdə sakinlərə xidmətin artırılmasıdır. 

Məlumat üçün bildirək ki, Qarayeri Samuxun ən iri qəsəbəsədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью