Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Samux rayonunda ilk cüdo zalı fəaliyyətə başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.
Bildirilib ki, yeni zal Sərkar kənd tam orta məktəbində istifadəyə verilib.
Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunan zalda 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması üçün şərait yaradılıb.