Samuxda inək 70 yaşlı qadını xəstəxanalıq ETDİ

18.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samux rayonunda yaşlı qadını iribuynuzlu heyvan vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Lək kəndində qeydə alınıb. Belə ki, 1955-cı il təvəllüdlü D.İsrəfilovanı həyətində saxladığı iribuynuzlu heyvan vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью