Samuxda kişi çardaqdan yıxılaraq ölüb

20.04.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Ziyadlı kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edən zaman yıxılıb. Ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma başladılıb.(Report)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью