Samuxda maşın ağaca çırpıldı: Xəsarət alanlar var

09.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Samuxda 3 nəfərin ağır xəsarətı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Kareyeri qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq kənardakı ağaca çırpılıb.
Qəza zamanı 1973-cü il təvəllüdlü İ.Şərifov, 1983-cü il təvəllüdlü T.Ramazanov və 1980-ci il təvəllüdlü S.Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım briqadalarının köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью