Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

22.11.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samux rayonunda iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kənd yolunda qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Nəzərov aldığı xəsarətdən keçinib.

Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью