Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə VAZ-2106 nəqliyyat vasitəsinin sürücüsü Ramil Əliyev saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı həmin şəxsin hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.
Müayinə zamanı R.Əliyevin narkotik maddə qəbul etdiyi müəyyən olunub. Əlavə olaraq həmin şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.