Samuxda polisin peşə bayramı qeyd olunub

02.07.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samux rayonunda Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibəti ilə tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, Samux Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Səfərəliyev, hüquq mühafizə oraqnlarının rəhbərləri, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, Samux Rayon Polis şöbəsinin işçiləri iştirak edib. 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçib. Müstəqil Azərbaycanın daxili işlər orqanlarının formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayıb. Bildirib ki, hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Səfərəliyev bildirib ki, polis əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər. Azərbaycan polisi İctimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaq.

Tədbirdə çıxış edən digər yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də polis işçilərini peşə bayramları münasibətilə təbrik ediblər.

Sonda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibətilə polis əməkdaşlarına ünvanladığı təbrik məktubu oxunub, daha sonra xidmətdə fərqlənən bir qrup polis işçisinə Samux Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью