Samuxda qadın sirkə turşusundan zəhərləndi

20.10.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samuxda zəhərlənmə olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun kəndlərinin birində baş verib. Rayon sakini 1995-ci il təvəllüdlü İ.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 30 yaşlı qadın yaşadığı evdə sirkə turşusundan zəhərlənib. Onun hansı səbəbdən zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью