Samuxda qəzada bir ailənin 4 üzvü xəsarət ALDI

27.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Samuxda yol qəzası olub.

"Unikal' ın məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsinin yaxınlığında baş verib. Belə ki hərəkətdə olan "VAZ 21015"  ilə "VAZ 21011" markalı minik maşınları toqquşub.Qəza zamanı "VAZ 21011"- də olanlar-  1986-cı il təvəllüdlü E.İsmayılov, onun həyat yoldaşı 1997-ci il təvəllüdlü N.Tanrıverdiyeva, onların övladları 2008-ci il təvəllüdlü S.İsmayılov və 2023-cü il təvəllüdlü D.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib,vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Turaı Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью