Samuxda şagirdlər 2 ay məktəbə gəlmədi, yoxlamalara başlanıldı RƏSMİ

05.02.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb.

Bu barədə Teleqraf.com-un soğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

"Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə dərc olunan məlumata əsasən bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir",- məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью