Samuxda sürücü sərt döngədə avtomobili aşırdı

03.03.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samuxda sürücü idarə etdiyi avtomobili aşırıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Eldar adlanan ərazisində baş verib.

Sürücü 1988-ci il təvəllüdlü S.N idarə etdiyi "VAZ-21011" markalı avtomobilin idarəetməsini itirib.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya aparılan sürücünün səhəti stabildir.

İlkin məlumata görə, qəzaya səbəb sərt döngədə maşının sürətlə hərəkət etməsi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью