Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Samuxda velosipedçi yol qəzasında xəsarət alıb.
"Unikal" ın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil velosiped sürən kənd sakini 2010-cu il təvəllüdü R.Əliyevi vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov