Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. Samuxda qeyrətin, cəsarətin və şəhidliyin zirvəsinə ucalan bir igidin-Milli Qəhrəman E
Tədbir həm hüzn, həm də qürur dolu anlarla yadda qalıb. Bu unudulmaz mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhi
Tədbir iştirakçıları ilk olaraq qəhrəmanımızın məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib, məzar üstünə tər qərənfillər
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbiri açaraq Eltun İsgəndərovun misilsiz qəhrəmanlığından danışdı.
O, vurğuladı ki, 2009-cu il iyunun 18-də, Cəlilabad rayonu istiqamətində sərhəd pozucularına qarşı döyüş zamanı, Eltun düşmənin mövqeyimizə atdığı qumbaranı görüb, tərəddüdsüz şəkildə özünü onun üzərinə atmış və öz həyatını qurban verərək döyüş yoldaşlarının həyatını xilas etmişdir.
O, şəhadəti ilə Azərbaycan əsgərinin cəsarətini, qürurunu, Vətənə sədaqətini bütün dünyaya nümayiş etdirdi.
Bu misilsiz igidliyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 iyun 2009-cu il tarixli, 349 saylı Sərəncamla Eltun İsgəndərov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
O, XXI əsrdə bu ali ada ucalan ilk əsgər oldu. Tədbirdə rayon rəhbərindən sonra çıxış edənlərdən biri də şəhidimizin atası oldu.