Samuxda yeniyetməni avtomobil vurub

07.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Samuxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Lək kəndində məktəbin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəbli, 2011-ci il təvəllüdlü M.Məmmədzadəni vurub. Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью