Icma.az bildirir, Unikal.az portalına istinadən.
Samuxda mikroavtobusun aşması zamanı yaralananların adları açıqlanıb
“Unikal”ın məlumatına görə, Samux rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alan digər şəxslərin adları məlum olub. Bildirilib ki, yaralananların hamısı mikroavtobusun sərnişinləridir.
Xəsarət alanlar:
1989-cu il təvəllüdlü S. Səfərova
1969-cu il təvəllüdlü A. Əhmədova
1990-cı il təvəllüdlü P. Balakişiyeva
1991-ci il təvəllüdlü R. Məmmədov
1990-cı il təvəllüdlü M. Zülfüqarov
Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara yerləşdiriliblər.
Xatırladaq ki, “Qazel” markalı mikroavtobus səhər saatlarında fəhlələri işə apararkən qəzaya düşüb. Faktla bağlı araşdırma aparılır
XXX
09:10
Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza Qızılca–Samux avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan, fəhlə daşıyan “Qazel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov