Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Samuxda ölümlə nəticənən yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədili kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Niva" markalı avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar Daşkəsən rayon sakinləridir. Həmin şəxslər yaxınlıqdakı ərazidə fermada çoban kimi çalışıblar Onlar Kür çayı kənarında olan restoranlardan birinə yeyib-içməyə gedirlərmiş.
Qəza zamanı 1994-cü il təvəllüdlü İlyas Aslanov hadisə yerində vəfat edib. 1981-ci il təvəllüdlü Əziz Məmmədov isə qəza zamanı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu