Samvel Karapetyan 1 ay müddətinə həbs edildi

05.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq müddətinə həbs edilib.

Gununesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar. Həmin gün səhər saatlarından etibarən Samvel Karapetyanın və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilir.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью