Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan parlament seçkilərinin nəticələrini yekun hesab etmədiyini və ölkədə qanuni hökumətin olmadığını deyib.
“Ermənistanda legitim hakimiyyət yoxdur”.
“Cebheinfo.az”-ın məlumatına görə, Samvel Karapetyan belə deyib.
Onun sözlərinə görə, blok artıq Konstitusiya Məhkəməsinə və Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermənin nəticələrinin ləğvini və seçkilərin ikinci turunun təyinini tələb edib.
Karapetyan, həmçinin bildirib ki, yeni parlamentin işində iştirak etmək qərarı siyasi qüvvənin hakimiyyəti dəyişdirmək üçün hansı yolu daha səmərəli hesab etməsindən asılı olacaq.
“Əgər Paşinyanı parlament vasitəsilə daha tez vəzifəsindən uzaqlaşdıra biləcəyimizi anlasaq, onda parlamentə gedəcəyik. Əgər onu küçələrdən çıxara bilsək, onda küçələrə gedəcəyik”,- deyə rusiyalı milyarder əlavə edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin