Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Onun təklifinə cavab vermədən biz onu vəzifəsindən kənarlaşdıracağıq”
"Paşinyanın müalicəyə ehtiyacı var. Onun təklifinə cavab vermədən biz onu vəzifəsindən kənarlaşdıracağıq".
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri müxalif “Güclü Ermənistan” Partiyasının lideri, biznesmen Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın müxalifətə təklifini şərh edərkən deyib.
Paşinyanın istefa vədlərinə inanıb-inanmadığı soruşulduqda, Karapetyan "inanmırıq" cavabını verib.
Qeyd edək ki, Paşinyan Ədliyyə Nazirliyinin Ermənistanın yeni Konstitusiyasının mətnini 23 noyabrda dərc edəcəyini açıqlayıb. O, həmçinin parlamentdəki müxalifət fraksiyalarını sənədi referenduma təqdim etmək üçün lazım olan qalan altı səsi təmin etməyə çağırıb.
Bu kontekstdə Paşinyan müxalifətə təklifini təkrarlayıb - istefa müqabilində yeni Konstitusiya layihəsinin referenduma təqdim edilməsinə icazə verilməsi. O, həmçinin vətəndaşlar ölkənin yeni konstitusiyasını təsdiqləyəcəyi təqdirdə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağına söz verib.
Ermənistanın yeni Konstitusiya layihəsini referenduma təqdim etmək üçün hakimiyyət ümumi deputatların üçdə ikisinin dəstəyini təmin etməlidir - 105 deputatdan ən azı 70-nin dəstəyini.