Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan bu gün Ermənistan İstintaq Komitəsinə çağırılıb və hazırda onun dindirilməsi davam edir.Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.Məlumata görə, Samvel Şahramanyan 44 günlük müharibə ilə əlaqədar “Hərbi qulluqçuların səhlənkarlığı” və “Müharibə vasitələrini düşmənə vermə və ya buraxma” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilir.Qeyd edilir ki, o, bu iş çərçivəsində şahid statusuna malikdir.Cinayət işi hələ 2023-cü ildə başlanıb və iki ildən sonra Samvel Şahramanyan ilk dəfə dindirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.