Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın hazırda faktiki olaraq müharibə şəraitində yaşayarı və buna hazırdır.
Ölkə.az xəbər verir ki, bunu İranın ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani “Əl-Mayadeen” televiziya kanalına müsahibəsində deyib.
Müsahibəyə hərbi geyimdə qatılan Şamxani bunun siyasi mesaj olub-olmadığı sualına belə cavab verib:
“Bu, siyasi mesaj deyil, praktik mesajdır. Biz hazırıq.”
Şamxani İranın hazırda faktiki olaraq müharibə şəraitində yaşadığını bildirib: “Biz müharibənin kölgəsini hiss edirik və qarşılaşa biləcəyimiz hər bir ssenariyə hazırıq. Bu hazırlıq müharibəni təhdid etmək və ya başlatmaq anlamına gəlmir, onu hərbi baxımdan qəbul etmək deməkdir”.
Müharibə ehtimalına toxunan Şamxani bildirib ki, hərbi qarşıdurma həmişə mümkün ssenari olaraq qalır, lakin siyasi baxımdan diplomatiya üçün hələ zaman var. O, mürəkkəb problemlərin mövcud olduğunu və dialoq kanallarının müharibəyə hazırlıqla paralel şəkildə gücləndirilməli olduğunu vurğulayıb.
Şamxani bəzi təkliflərin İrana çatdırıldığını bildirərək qeyd edib ki, bu təkliflər təhdiddən uzaq, ağlabatan və təkəbbürsüz şərtlərə əsaslanarsa, “fəlakətli və ədalətsiz proseslərin qarşısının alınacağına ümid etmək olar”.
ABŞ ilə nevə məsələsində danışıqlara hazır olduğunu qeyd edən Şamxani bildirib ki, İran dəfələrlə Vaşinqtonla birbaşa və konkret danışıqlara hazır olduğunu nümayiş etdirib: “ABŞ ilə nüvə məsələsində razılığa gəlmək mümkündür. 60 faiz zənginləşdirilmiş uranın 20 faizə endirilə bilər, lakin bunun qarşılığında müvafiq şərtlər olmalıdır”.
Şamxani ABŞ-ın İrana qarşı hərbi hücumunun həm Vaşinqtona, həm də Təl-Əvivə cavabsız qalmayacağını açıq şəkildə bəyan edib:
“Biz hədəflər arasında fərq qoymuruq. İsrail və ABŞ bizim üçün ayrı-ayrı deyil, vahid bir bütövdür. Əgər ABŞ İrana hücum edərsə, biz mütləq İsraili vuracağıq”.
Mürtəza