Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan çempionu "Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik Bilbao”nun qonağı olacaq.
Vaxtilə İspaniyanın "Betis” klubunun formasını geyinən tanınmış futbol veteranı Vəli Qasımov oyunla bağlı fikirlərini Fanat.Az ilə bölüşüb.
O, qitənin ən nüfuzlu klub turnirinə ardıcıl iki qələbə ilə start verən "köhlən atlar"ın Bilbaodan da uğurlu nəticə ilə dönəcəyinə inandığını deyib: "Çox sevindirici haldır ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində Avropa nəhəngləri ilə eyni cərgədədir.
Həm də uğurlu çıxışı ilə azarkeşləri sevindirir. Artıq "Qarabağ"ı bütün Avropada tanıyırlar.
İspaniya mətbuatını izləyirəm, komandamızın az büdcə ilə belə uğurlu nəticə əldə etməsinə xüsusi toxunurlar.
Sayt və qəzetlər "Qarabağ"ın hörmətəlayiq rəqib olduğunu vurğulayırlar. Komanda göstərdiyi oyunla bu rəğbəti qazanıb.
"Atletik" ilə oyun asan keçməyəcək. Düzdür, Bilbao komandası bu mövsüm inamlı görünmür, keçirdiyi oyunların yarıdan çoxunda xal itirib.