San Marino millisi Mançester Siti klubunu məsxərəyə qoyub | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
San Marino millisi ardıcıl məğlubiyyətləri sıralayan İngiltərənin "Mançester Siti" klubunu məsxərəyə qoyub.
"Report" xəbər verir ki, yığma komanda "X" sosial şəbəkə hesabında "şəhərlilər"ə müraciət ünvanlayıb. "Salam.
Zəhmət olmasa bizə qarşı oynayın. Sizi məğlub edə biləcəyimizi düşünürük”, - deyə müraciətdə bildirilib.
Qeyd edək ki, Pep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" Premyer Liqanın XII turunda "Tottenhem"ə 0:4 hesabı ilə məğlub olub.
Komanda ardıcıl İngiltərə Liqa Kubokunda “Tottenhem”ə və “Bornmut”a, ölkə çempionatında “Brayton”a, UEFA Çempionlar Liqasında isə "Sportinq"ə (Portuqaliya) uduzub.
Bizim Telegram kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu