San Marinoya qarşı asan oyun olmayacaq Hüseynov

08.06.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırlıq çox yaxşı keçir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov San-Marino ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

O, sabah qalib gəlmək istədiklərini bildirib: “Mövsüm ərzindəki oyunların yorğunluğu olsa da, kollektivdə ab-hava yaxşıdır. Rəqib dünya reytinqində bizdən aşağıdadır. Amma yaxşı komandadır. Asan görüş olmayacaq”.

“Bolqarıstanın "Arda" klubu ilə müqaviləm yekunlaşıb. Karyeramı xaricdə davam etdirməyi düşünürəm. Ayın ortalarına yaxın yeni klubum bəlli olacaq. Tələsmək istəmirəm”, - deyə futbolçu qeyd edib.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью