Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qəbələ” baxışa legioner futbolçu dəvət edib.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Braziliyanın “San Paulo” klubunun müdafiəçisi Mateus Belem “qırmızı-qaralar”ın düşərgəsindədir.
Baş məşqçi Kaxaber Sxadadze oyunçunu sınayacaq və müsbət rəy verəcəyi halda, onunla müqavilə imzalanacaq.
Belem “San Paulo”nun yetirməsidir. O, bu mövsüm komandada 9 oyuna çıxıb. 23 yaşlı müdafiəçinin klubla anlaşması ilin sonuna kimidir.
Mateusun “transfermarkt”da dəyəri 800 min avrodur.