Sanat Art Center də Jazz Mugham adlı xüsusi konsert təşkil olunub | Icma.az
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. "Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub.
Kulis.az xəbər verir ki, konsertdə improvizasiya, virtuoz ifa tərzi və emosional dolğunluq vahid bir musiqi nəfəsi kimi səhnədə canlandırılıb.
Konsert proqramında Azərbaycan və Fransadan olan tanınmış sənətçilər çıxış edərək öz fərdi üslubları və ustalıqları ilə gecəyə xüsusi rəng qatıblar.
"Buker" mükafatının Azərbaycan versiyası hazırlanır Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?
Lənkəranda ANİMAFİLM festivalı keçirildi Paris və Bakı arasında yaradıcılıq fəaliyyətini davam etdirən tanınmış azərbaycanlı pianoçu, bəstəkar və aranjımançı Etibar Əsədlinin musiqisi Şərq və Qərbin kəsişdiyi bir körpü kimi muğamı, cazı, xalq və akademik musiqi ünsürlərini bir araya gətirir.
E.Əsədlinin ifası və kompozisiyaları Avropanın nüfuzlu səhnələrində böyük maraqla qarşılanır.
Azərbaycan musiqi səhnəsinin ən güclü və ifadəli vokallarından biri, yeni nəsil muğam ifaçılarının seçilən nümayəndəsi olan İlkin Dövlətovun səsi ənənəvi Şərq intonasiyasını müasir caz ilə ustalıqla birləşdirir və hər ifaya xüsusi emosional dərinlik qazandırır.
Azərbaycanın Əməkdar artisti, beynəlxalq festivallarda və çoxsaylı layihələrdə çıxış edən tanınmış bass ifaçısı Ruslan Hüseynovun texnikaya əsaslanan, lakin eyni zamanda yumşaq və musiqiyə xidmət edən üslubu səhnədə ritmik sabitlik və harmonik zənginlik yaradır.
Tam oxu
Xəbəri oxu