Sanatoriyadan Özbəkistan vətəndaşının meyiti tapıldı

12.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Naftalanda sanatoriyadan 37 yaşlı kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə bu gün Naftalan şəhərində yeriləşən sanatoriyaların birində qeydə alınıb.

Sanatoriyada istirahət edən Özbəkistan Respubilkasının vətəndaşı 1988-cu il təvəllüldü Z.Kafarovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə Z.Kafarov ürək tutmasından ölüb. İlkin məlumata görə Z.Kafarov Özbəkistandan Nafatalan şəhərinə istirahətə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью