Icma.az, Apa.az saytına istinadən bildirir.
İspaniyanın baş nazir səlahiyyətlərini icra edən, İspaniya Sosialist Fəhlə Partiyasının (PSOE) lideri Pedro Sançes ölkədə keçirilən növbədənkənar parlament seçkilərdə mühafizəkar Xalq Partiyasının (PP) qələbəsini etiraf edib.
APA xəbər verir ki, Sançes bu barədə seçkilərin nəticələri ilə balı açıqlaması zamanı danışıb.
“Düşünürəm ki, biz əla seçki kampaniyası apardıq. Seçkilərin nəticələrini tanıyır və qəbul edirik. Xalq Partiyasının qələbəsini etiraf edirik”, – Sançes bildirib.
Qeyd edək ki, noyabrın 29-da İspaniyada növbədənkənar parlament seçkilər keçirilib. İlkin nəticələrə görə, Xalq Partiyası 350 yerlik Deputatlar Konqresində 133 mandat qazanıb.
İspaniya Sosialist Fəhlə Partiyasının 115, ifrat sağçı “Vox” partiyasının isə 52 mandat əldə edəcəyi gözlənilir.
Beləliklə, Xalq Partiyası “Vox”la birlikdə parlamentdə çoxluğu təmin edə bilər.