Sançes: Trampın Qəzza planı beynəlxalq hüquqa ziddir

19.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın baş naziri Pedro Sançes Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə  birgə mətbuat konfransında çıxış edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Trampın Qəzza planına bir daha açıq şəkildə reaksiya verən Sançez bildirib: 

 "Bu, əxlaqsızlıqdır və beynəlxalq hüquqa ziddir. Qəzza fələstinlilərə məxsusdur və gələcək Fələstin Dövlətinin bir parçasıdır".

İspaniyanın baş naziri bəyan edib ki, ərəb ölkələrinin rəhbərliyi Qəzzada fundamental olmalıdır.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью