Sanço “Çelsi”yə keçəcək

23.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Hüquqları “Mançester Yunayted”ə məxsus olan vinger Ceydon Sanço “Çelsi”yə keçəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, transfer dəyəri 25 milyon funt sterlinq (təxminən 30 milyon avro) olacaq.

Ceydon Sanço bu mövsüm 12 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 24 yaşlı futbolçu müəyyən şərtlərlə almaq öhdəliyi ilə cari mövsümün sonuna qədər "mavilər"ə icarəyə verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью