Sanço Mançester Yunaytedlə bağlı qərarını verdi

26.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İcarə əsasında London "Çelsi"sində çıxış edən ingilis yarımmüdafiəçi Ceydon Sanço "Mançester Yunayted"ə qayıtmaq fikrində deyil. 

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu məşqçi dəyişikliyinə baxmayaraq, Mançester klubuna qayıtmaq istəmir. Sanço "Çelsi"də xoşbəxtdir və "zadəganlar"da oynamağa davam etmək istəyir. London klubunu rəhbərliyi mövsüm başa çatdıqdan sonra futbolçunun alınması ilə bağlı MY ilə razılığa gəlməyə hazırlaşır. 

Xatırladaq ki, Ceydon Sanço bu mövsüm İngiltərə çempionatında 11 oyun keçirib və bu görüşlərdə 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

2021-ci ildə 85 milyon avroya "Mançester Yunayted"ə transfer olunan Sanço "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın "Borussiya Dortmund" klubunda keçirib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью