Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Çelsi”nin və “Mançester Yunayted”in sabiq futbolçusu Ceydon Sanço karyerasını Çempionşipdə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, vinger menecerlər vasitəsilə “Vest Hem”ə təklif olunub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Sanço bu klubda oynamağa müsbət yanaşır.
Tərəflər arasında yaxın zamanda görüş keçiriləcək.
“Vest Hem” İngiltərə Çempionşipində 3-cü sıradadır.
Vinger bundan əvvəl “Mançester Yunayted”, “Çelsi”, “Borussiya Dortmund”, “Aston Villa” kimi klublarda forma geyinib.