Sanço üçün İtaliya variantı

17.06.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Napoli” ingiltərəli cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.

Sanço başa çatan mövsümü “Çelsi”də icarədə keçirib. O, 42 oyunda 5 qol vurub, 10 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью