Sanço üçün La Liqa variantı klub prezidenti təsdiqlədi

16.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

İspaniyanın “Xetafe” klubunun prezidenti Anxel Torres komandanın transfer gündəmindən danışıb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, funksioner ingiltərəli Ceydon Sanço və argentinalı Dani Parexonu heyətlərinə qatmaq istədiklərini təsdiqləyib. O, hər iki oyunçu ilə danışıqların intensiv getdiyini bildirib.

Sançonun keçidində əsas problem futbolçunun yüksək maaş tələbidir. Parexo ilə isə ilkin razılıq əldə edilib.

Sanço daha əvvəl “Borussiya”, “Çelsi”, “Mançester Yunayted” kimi klublarda çıxış edib. Parexo isə “Sevilya” və “Valensiya”da forma geyinib.

“Xetafe” La Liqada 8 turdan sonra 8 xalla 14-cü sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью